Aİ-də Çexiyanın sədrlik dövrü başladıbackend

Aİ-də Çexiyanın sədrlik dövrü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Fransanın Avropa Birliyinə 6 ay davam edən sədrliyi Çexiyaya təhvil verilib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala bu gün ölkənin paytaxtı Praqada mətbuat konfransı keçirib.

“Avropanın təhlükəsizliyini yenidən gözdən keçirmək lazımdır. Bizim üçün yeni bir dönəm başlayıb. Çexiya başa düşür ki, Aİ-yə sədrlik mandatı öz maraqlarını güdməklə müəyyən olunmur. Çexiyanın müəyyən etdiyi prioritetlər arasında Ukraynanı dəstəkləmək və ölkəyə daha çox iqtisadi, hərbi yardımın təmin edilməsi də var. Qaçqın böhranının həll edilməsi Ukraynanın yenidən bərpa edilməsi bizim üçün prioritet vəzifədir. Bundan əlavə müharibənin fonunda enerji təhlükəsizliyi, Aİ-nin enerji asılılığının həlli və inflyasiya faizinin artması problemi də həlli vacib olan məsələlər sırasındadır”, -deyə Petr Fiala bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az