Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilirbackend

Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa İttifaqının aprel ayından etibarən hər ay müxtəlif istehsalçılardan təxminən 100 milyon doza koronavirus peyvəndi alacağını gözləyir.

Bu barədə komissiya sədri “Stuttgarter Nachrichten” qəzetində dərc olunan müsahibəsində deyib.

“Aprel ayından etibarən [peyvənd dozalarının] sayı istehsalçıların planlaşdırdığına əsasən iki qat artacaq” – fon der Layen bildirib. Onun sözlərinə görə, bu, xüsusilə Aİ-də yeni peyvəndlərin istifadəsinin təsdiqlənməsi ilə bağlıdır.

Martın 11-də Avropa dərman vasitələri agentliyi (EMA) “Johnson & Johnson” istehsalı olan vaksinin təsdiqlənməsini tövsiyə etməyi planlaşdırır.

//Trend