Avropa İttifaqı (Aİ) administrasiyası bəyan edib ki, İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün sülh konfransı tezliklə keçirilə bilər. Lakin Aİ-nin iştirak edəcəyi belə bir konfransda HƏMAS-ın iştirakı istənilmir.
Editor.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin birinci günündən sonra mətbuat konfransında danışıb.
Hər iki prezident AB-nin terror təşkilatı hesab etdiyi HƏMAS-ın İsrailə hücumlarını pisləyib və İsrailin günlərdir bombalamağa davam etdiyi Qəzzaya humanitar yardımın mümkün qədər tez çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsrail-Fələstin problemi ilə bağlı sülh konfransının keçirilməsi ideyası Aİ Liderlər Zirvə toplantısının yekun bəyannaməsində də yer alıb. Üzv dövlət liderlərindən ibarət AB Şurası bəyannamənin Yaxın Şərq başlığı altında regional gərginliyin artmasına yol verilməməsi və bu çərçivədə Fələstin Muxtariyyəti də daxil olmaqla tərəfdaşlarla əməkdaşlıq edilməli olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

