Aİ-dən Türkiyədəki seçkilərlə bağlı qiymətləndirməbackend

Aİ-dən Türkiyədəki seçkilərlə bağlı qiymətləndirmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Fon der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişrl ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu seçkilərdəki aktivlik həqiqətən də yaxşı xəbərdir. Çünki bu, Türkiyə xalqının öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci dövrənin nə gətirəcəyini görməliyik”.

AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib. Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.

//Safura Bənnayeva, Editor.az