Avropa Parlamenti 2050-ci ilə qədər Aİ ölkələrində yol qəzalarında ölüm hallarının sıfıra endirilməsi üçün yeni qərar qəbul edib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qanuna əsasən hər bir yeni istehsal olunan maşında alkometrin olması zəruri olacaq. Yeni texnologiyanın tətbiqindən sonra alkometr istifadə olunmadığı təqdirdə maşın işə düşməyəcək. Əgər sürücü spirtli içki qəbul edibsə, maşının işə düşməsi bloklanacaq.
Bundan əlavə arxa oturacaqların kəmərləri və bir sıra təhlükəsizlik üçün texnologiyalar zəruri olacaq. Tələb olunan tələblər 2050-ci ilə qədər bütün avtomobillərdə zəruri olacaq.
//Nəzərbəy, Editor.az

