“Avropa İttifaqı təbii qaz alışlarının azaldılmasından sonra enerji ehtiyacını ödəmək üçün onilliklər ərzində ABŞ-dan mayeləşdirilmiş təbii qaz almalı olacaq. Yaxın bir neçə onillikdə enerji üçün bəzi qalıq yanacaqlara ehtiyacımız olacaq və bu kontekstdə ABŞ-ın enerjisinə də ehtiyacımız olacaq”, –
Editor.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun rəhbəri Ditte Jul Yorgensen Britaniya mediasına müsahibəsində deyib. Yorgensen hesab edir ki, Aİ gələn qışda enerji böhranından çıxmaq üçün lazımi imkanlara malikdir.
ABŞ-ın Avropaya LNG tədarükü 2021-ci ildə iki dəfə artıb. Belə ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın 2022-ci ildə Aİ-yə 56 milyard kubmetr LNG ixrac edəcəyini bildirmişdi. Britaniya mediasına görə, ABŞ-ın Avropaya LNG tədarükü keçən il Qərbin Rusiyaya qarşı sanksiyalarının kölgəsində 2021-ci il rəqəmini iki dəfə artırıb. ABŞ Enerji Departamenti ölkənin LNG ixracının iyul ayında 7 faiz artdığını və may ayında Avropaya LNG axınının ən yüksək həddinə çatdığını bildirdi.
//Gülnarə Abasova, Editor.az