Aİ ilə Özbəkistan arasında ticarət sazişinin müddəti 4 il uzadılıbbackend

Aİ ilə Özbəkistan arasında ticarət sazişinin müddəti 4 il uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Avropa İttifaqına (Aİ) müəyyən məhsulları rüsumsuz ixrac etməyə imkan verən Ümumi Preferanslar Sistemi (GSP Plus) statusunun müddəti 4 il uzadılıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Özbəkistandakı səfiri Şarlotta Adrian mətbuata açıqlamasında 10 aprel 2021-ci ildə qüvvəyə minən və bu ilin sonunda başa çatacaq bəzi məhsulların Özbəkistanın Avropa ölkələrinə rüsumsuz ixracına icazə verən statusun Aİ tərəfindən 31 dekabr 2027-ci ilə qədər uzadıldığını bildirib.

GSP Plus-ın inkişaf etməkdə olan ölkələrin Avropaya ixracını dəstəkləyən Aİ ticarət siyasətinin əsas aləti olduğunu xatırladan Adrian bu statusu alan ölkənin Avropaya 6 min növdən çox məhsul ixracına görə vergi ödəməkdən azad olduğunu bildirib. İndiyə qədər dünyada yalnız səkkiz ölkəyə belə imtiyazlı şərtlərin verildiyini və bu statusu alan sonuncu ölkənin Özbəkistan olduğu qeyd olunub.

GSP Plus-ın Özbəkistanda iqtisadi sabitliyə və davamlı inkişafa töhfə verdiyini ifadə edən Adrian GSP Plus (GSP+) statusunun 448 milyon avropalı istehlakçıya daha asan çıxış təmin etməklə və daha sıx əməkdaşlığı inkişaf etdirməklə Özbəkistanda özəl sektorun inkişafına güclü töhfə verildiyini deyib.

Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov bəyan edib ki, Aİ-nin Özbəkistanın GSP Plus statusunun müddətinin uzadılması barədə qərarı onun ölkəsində aparılan hərtərəfli islahatların beynəlxalq səviyyədə təqdir olunduğunun göstəricisidir və AB ilə GSP Plus çərçivəsində ticarət, iqtisadi və investisiya əlaqələrini dərinləşdirəcəyi, bunun mühüm stimul olacağını vurğulayıb.

//Səbinə Hüseynli, Editor.az