Aİ ilə Rusiya arasında diplomatik qalmaqal böyüyürbackend

Aİ ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ilə Rusiya arasında sonuncunun üç avropalı diplomatı ölkədən xaric etməsi i lə əlaqədar yaranan qalmaqal getdikcə böyüyür.

“Haber Global” məlumat verir ki, hazırda Moskvada rəsmi səfərdə olan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel Rusiyanı sözügedən qərara yenidən baxmağa çağırıb. O, üç diplomatın arzuolunmaz şəxs elan edilməsini səfər zamanı öyrəndiyini və bu qərarı qınadığını bildirib.

Diplomatları qovulan Avropa ölkələri də məsələyə reaksiya verib. Rusiyanın Almaniya, Polşa və İsveçdəki səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb.

Almaniya və Polşa XİN müvafiq qərarın ləğv edilməyəcəyi təqdirdə cavab tədbirləri görüləcəyini bəyan edib. İsveç isə öz diplomatının aksiyalarda iştirakını təkzib edib.