Aİ İrana qarşı sanksiyaların müddətini uzadıbbackend

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara hərbi dəstək verdiyini əsas gətirərək İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.

Editor.az xəbər verir ki, Aİ Şurasından edilən yazılı açıqlamada, Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbiylə mayın 14-də başladılan sanksiyaların müddətinin 2019-cu ilə qədər uzadıldığı açıqlanıb. Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına ildə bir dəfə yenidən baxılacaq. Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb.

Qeyd edək ki, AB aprelin 13-də İsrailə İHA, ballistik və qanadlı raketlərlə hücumundan sonra İranı qınadı və bu inkişafa əsaslanaraq bu sanksiyalara qərar verib. Aİ-nin sanksiya rejiminə aktivlərin dondurulması, siyahıda adı çəkilən şəxslər və təşkilatlardan birbaşa və ya dolayı iqtisadi faydaların verilməsinə qadağa qoyulması və Aİ-yə səyahətin qadağan edilməsi daxildir.

//Gülnarə Abasova, Editor.az