Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ölkələrin Aİ ilə əməkdaşlıq etmək üçün sıraya girdiyini bildirib.
Editor.az bu barədə “Politico”ya istinadla yazır.
Avropa Komissiyasının sədri bunun ABŞ-ın tətbiq etdiyi ticarət tarifləri səbəbindən getdikcə gözlənilməz hala gələn qlobal mühitdə baş verdiyini söyləyib.
“Getdikcə gözlənilməz qlobal mühitdə ölkələr bizimlə əməkdaşlıq etmək üçün sıraya girirlər” ,- Ursula fon der Leyen deyib.
O, qlobal nizamın soyuq müharibənin bitməsindən sonra heç vaxt olmadığı qədər dərin dəyişikliklərə məruz qaldığını söyləyib.
//Gülnarə Abasova, Editor.az