Aİ Komissiyası: “Miqrasiya böhranını həll etmək üçün Türkiyə ilə razılaşmanı təkmilləşdirməliyik”backend

Aİ Komissiyası: “Miqrasiya böhranını həll etmək üçün Türkiyə ilə razılaşmanı təkmilləşdirməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7 və 8-də Yunanıstan, İspaniya, İtaliya, Cənubi Kipr Rum Administrasiyası və Malta arasında keçirilən miqrasiya toplantısında 2016-cı ildə Türkiyə ilə imzalanan miqrasiya müqaviləsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi lazım olduğu bildirilib.

Editor.az xəbər verir ki, bu barədə AB Komissiyasının vitse-prezidenti Marqaritis Şinas deyib. Bildirilib ki, Qərbi Afrika ölkələri, Tunis, Misir və ya Türkiyə kimi immiqrantların gəldiyi və ya tranzit keçdiyi ölkələrlə yaxşı əlaqələr qurmaq vacibdir.

Çərşənbə günü İspaniyanın Qranada şəhərində keçirilən AB sammitində miqrasiya islahatı ilə bağlı razılaşmanı alqışlayan Şinas “2016-cı ildən bu yana Türkiyə ilə miqrasiya mövzusunda tərəfdaşlıq əlaqələrimiz var və bunu nəzərə alaraq onu yeniləmək və inkişaf etdirmək istəyirik”,- deyə diqqət çəkib.

2015-ci il miqrasiya böhranından sonra Aİ Türkiyənin əhəmiyyətli maliyyə dəstəyi müqabilində mühacirləri, xüsusilə də suriyalıları öz ərazisində saxlamasını şərtləndirən saziş imzalayıb.

//Gülnarə Abasova, Editor.az