Aİ-nin lazımi infrastrukturu hazırladıqdan sonra Türkiyə də daxil olmaqla Şengen vizasına tabe olan ölkələrin vətəndaşları müəyyən şərtlər istisna olmaqla, konsulluq və ya səfirliklərə getmədən onlayn şəkildə viza üçün müraciət edə biləcəklər. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Xarici İşlər Nazirlərinin bazar ertəsi keçirilən iclasında qəbul edilən yeni tənzimləmə komissiyanın təsdiqindən sonra Aİ rəsmi jurnalında dərc olunub.
Aİ Komissiyasının fikrincə, Şengen vizası üçün onlayn müraciət etmək imkanı və ərizəyə baxılması böyük təkmilləşəcək. İspaniya Daxili İşlər Nazirinin müavini Fernando Grande-Marlaska Gomez, yeni tənzimləmənin səyahət edənlər üçün müraciət prosesini sadələşdirəcəyini söyləyib. O həmçinin viza müraciətlərinə daha tez və effektiv cavab verə biləcəyini bildirib. Qomezin sözlərinə görə, yeni tənzimləmə həm də milli idarələrin yükünü yüngülləşdirəcək.
//Səbinə Hüseynli, Editor.az

