Aİ Liderlər Zirvəsi işə başlayıbbackend

Aİ Liderlər Zirvəsi işə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukrayna, İsrail-Fələstin münaqişəsi, genişlənmə və büdcə məsələlərini müzakirə etmək üçün bir araya gəlib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Sammitinə Avropa Şurasının sədri Şarl Mişel sədrlik edir.

Sammit Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin Macarıstanın baş naziri Viktor Orbanla görüşünə görə planlaşdırıldığından gec başlayıb.

Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen sammitin girişində ilk dəfə mətbuata açıqlama verməməsi diqqət çəkib.

Sammitin birinci sessiyasında Ukraynaya dəstəyin davam etdirilməsi və üzvlük danışıqlarının başlanması məsələsi müzakirə olunacaq.

Orban əlavə 50 milyard avro maliyyə dəstəyinin verilməsinə və danışıqların başlanmasına veto qoyacağını bildirmişdi.

Mişel, fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında sammit öncəsi Orbanla görüşünün nəticələrinin Ukrayna ilə bağlı sammitin qərarında necə əks olunacağı maraq doğurur.

Ukraynadan sonra büdcəyə dəyişiklik təklifi müzakirə olunacaq. Bəzi Aİ ölkələri ittifaq büdcəsini və təmin etdikləri töhfələri artırmaqdan uzaq durur.

Liderlər həmçinin Aİ Komissiyasının ötən ay açıqladığı ölkə hesabatlarına əsaslanaraq Aİ-nin gələcək genişlənməsi ilə bağlı hərtərəfli müzakirələr aparacaqlar.

Aİ liderləri Yaxın Şərqdəki son hadisələri də dəyərləndirəcək və İsrail-Fələstin münaqişəsi ilə bağlı ortaq mövqe müəyyənləşdirməyə çalışacaqlar.

//Səbinə Hüseynli, Editor.az