Sabah Avropa İttifaqı ölkələrinin liderlərinin Zirvə toplantısı keçiriləcək.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, liderlər Rusiya neftinə sanksiya məsələsində razılığa gələ bilməyib. Sözügedən sanksiyaya Rusiya neftindən aslı olan ölkələr tərəfindən razılıq verilməyib. Adının qeyd olunmasını istəməyən bir Aİ diplomatı Macarıstanın, Slovakiyanın və Çexiyanın bu sanksiya təklifinə isti baxmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan bu yana Aİ-nin əsas hədəfi Rusiya neftinə sanksiya tətbiq etməkdir. Bununla əlaqədar olaraq Aİ Rusiya neftindən aslı olan ölkələri bu aslılıqdan xilas etmək üçün çıxış yolları da axtarır.
//Nəzərbəy Hacıağayev, Editor.az

