Aİ liderləri yüksək enerji xərclərinə qarşı heç bir həll yolu tapa bilmirbackend

Aİ liderləri yüksək enerji xərclərinə qarşı heç bir həll yolu tapa bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Ukrayna böhranı səbəbindən sürətlə artan təbii qaz və elektrik enerjisi qiymətləri ilə bağlı məsələlərin həlli üçün ortaq mövqe müəyyən edə bilməyiblər.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin yekunundakı mətbuat konfransında məlumat verib.

“Bu gün biz enerji ilə bağlı məsələləri müzakirə etdik. Bu, çox çətin mövzudur, çünki elektrik və qaz kimi enerji məhsullarının qiymətlərinin qalxması bütün Avropada hiss olunur”, – Mişel bildirib.

Liderlərin enerji ilə bağlı görüləcək tədbirləri müəyyən etmək üçün bütün gün çalışdıqlarını deyən Mişel təbii qazın saxlanması və birgə qaz təchizatı mexanizmlərinin yaradılması ilə bağlı komissiyanın müxtəlif təkliflərini dəyərləndirdiklərini qeyd edib.

//Gülnarə Abasova, Editor.az