Aİ Liderlərinin Sammiti Ukraynaya təcili dəstək verilməsinə çağırdıbackend

Aİ Liderlərinin Sammiti Ukraynaya təcili dəstək verilməsinə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Liderlərinin Sammiti Ukraynaya əlavə hava hücumundan müdafiə imkanlarının təcili verilməsini istəyir və üzv dövlətləri artilleriya sursatları və raketlər də daxil olmaqla bütün zəruri hərbi yardımların çatdırılmasını sürətləndirməyə çağırır.

Editor.az xəbər verir ki, bu barədə aprelin 17-də Aİ sammitinin birinci günündən sonrakı yekunlarda deyilir.

Avropa İttifaqının bütün 27 liderinin dəstəyi nəticəsində Avropa Şurası Rusiyanın Ukraynadakı mülki şəxslərə, mülki və kritik infrastruktura qarşı hava və raket hücumlarını, o cümlədən enerji sektoruna son zamanlar intensivləşdirilmiş hücumları kəskin şəkildə pisləyib.

//Samir Qurbanov, Editor.az