Avropa İttifaqı ölkələrinin liderləri Macarıstanın bu qərara mane olacağı barədə bəyanatlarına baxmayaraq, bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün 50 milyard avro ayırmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bunu Reuters agentliyinə müsahibəsində Avropanın büdcə komissarı Yohannes Han deyib. Aİ 2027-ci ilə qədər büdcəsini Ukraynaya 33 milyard avro kredit və 17 milyard avro qrant daxil etmək üçün dəyişməyi planlaşdırır. Xanın sözlərinə görə, Birləşmiş Ştatlar bu ilin yazında Aİ-dən Ukraynaya uzunmüddətli dəstək verməkdə ittifaq ölkələrinə rəhbərlik etməyi xahiş edib. Avropa komissarı Macarıstanın sonda razılaşacağı fikrini bildirib, çünki bu vəziyyət həm də öz maraqlarına aiddir.
Ölkə qeyri-qanuni mühacirlərə qarşı sərhədlərini gücləndirmək üçün Avropa İttifaqından daha çox pul almaq istəyir. Belə ki, büdcə layihəsində Ukrayna üçün 50 milyard avrodan əlavə, Macarıstan dövləti üçün daha 15 milyard avro vəsait nəzərdə tutulub. Xan əlavə edib ki, bu yardım paketi təkcə Ukrayna üçün deyil, həm də “Macarıstanın bugünkü dostları” olan Türkiyə kimi ölkələrin sərhədlərini qorumaq və dəstəkləmək üçündür.
Parlamentari vurğulayıb ki, Budapeştlə razılığa gəlmək mümkün olmadıqda Avropa Komissiyasının “B planı” var.
//Gülnarə Abasova, Editor.az

