Aİ Macarıstanın vetosunu aşaraq Rusiyaya qarşı sanksiyaları uzada bilərbackend

Aİ Macarıstanın vetosunu aşaraq Rusiyaya qarşı sanksiyaları uzada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Macarıstanın Rusiyaya qarşı sanksiyalara veto qoymasından yan keçmək üçün tədbirlər hazırlayır.

Editor.az bu barədə Financial Times (FT)-a istinadla yazır.

Məqalədə deyilir: “Macarıstan Aİ-nin Moskvaya qarşı iqtisadi sanksiyalarının uzadılmasına mane olarsa, Brüssel Rusiyaya kapitala nəzarət və tariflər tətbiq etməyə hazırlaşır”.

Bildirilir ki, Aİ-nin nəzərdən keçirdiyi tədbirlər Rusiya Federasiyasının dondurulmuş valyuta ehtiyatlarından təxminən 200 milyard avroya təsir edəcək.

Aprel ayında bildirilib ki, bəzi Aİ ölkələri Macarıstanın Rusiyaya qarşı sanksiyalara veto qoymasından çıxış yolu tapıblar. Əhəmiyyətli olan odur ki, məhdudlaşdırma qərarı bütün Avropada deyil, ölkə daxilində veriləcək. Bu addım Macarıstanın sanksiyalar üzərindəki veto hüququnu aradan qaldıracaq və bu, altı aydan bir yenilənməlidir.

//Gülnarə Abasova, Editor.az