Avropa Birliyi ölkələri bu ilin mart ayına qədər Ukraynaya əvvəllər vəd edilmiş milyon mərmidən yalnız 600 mini təmin edə biləcək.
Editor.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir. Onlar bu problemin güllə istehsalındakı gecikmələr və ölkələrin ehtiyatlarının tükənməsindən narahat olması ilə bağlı yarandığını izah ediblər. Diplomat həmçinin bildirib ki, Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün son aylarda bəzi strateji sursat ehtiyatı toplayıb. Lakin agentlik bildirir ki, bu, artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kifayət deyil.
Onu da xatırladaq ki, ötən gün The Wall Street Journal Yaponiyanın 155 mm-lik artilleriya mərmilərinin İngiltərə üzərindən Ukraynaya daşınması planının dayandırıldığını yazmışdı.
//Gülnarə Abasova, Editor.az

