Aİ meymunçiçəyi ilə bağlı hərəkətə keçdibackend

Aİ meymunçiçəyi ilə bağlı hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın səhiyyə naziri Karolina Darias Avropa Birliyinə (Aİ) üzv olan 27 ölkənin meymunçiçəyi xəstəliyinə qarşı peyvənd və antiviral dərmanlar almağa qərar verdiyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı nazir bildirib ki, dərmanlar üçün Danimarkanın “Bavarian Nordic” şirkətinə sifariş verilib. Peyvəndin hansı yaş qrupundan olan insanlara vurulacağı haqqında isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu gün meymunçiçəyinə ən çox yoluxma İspaniyada aşkarlanıb. Ölkədə indiyədək 59 yoluxma hadisəsi baş verib.

//Nəzərbəy, Editor.az