Aİ: “Müharibə qonşu ərazilərə də yayıla bilər”backend

Aİ: “Müharibə qonşu ərazilərə də yayıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda üçüncü həftəsinə qədəm qoyan qarşıdurmalarda ölənlərin sayı 600-ə yaxınlaşıb və evlərini tərk edərək qonşu ölkələrə sığınanların sayı da artır.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, 72 saatlıq atəşkəs elan edilsə də dünən səhər saatlarından etibarən paytaxt Xartuma qarşı hava hücumları təşkil edildiyi və bu səbəbdən evakuasiyaların bir qədər yavaşladığı bildirilib.

Digər tərəfdən, Aİ Komissiyası Sudandakı böhranın qonşu ölkələrə də keçə biləcəyi barədə xəbərdarlıq edib.

“Münaqişənin nəticələri dəhşətli olacaq. Bunun heç kimə faydası yoxdur, ona görə də bizim prioritetimiz döyüşən tərəfləri danışığa dəvət etməkdir. Sudanda vəziyyət daha da pisləşir. Ölkə alov içində, hər kəs təmiz su, qida, dərman və yanacaq qıtlığı yaşayır “,- deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az