Hazırda Aİ-nin Azərbaycana qarşı mümkün sanksiyalarla bağlı heç bir qərarı yoxdur.
Editor.az bildirir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. Onun sözlərinə görə, vəziyyətin qiymətləndirilməsi davam edir. “İstənilən sanksiyalar üzv dövlətlər tərəfindən həyata keçirilir.
Hazırda Qarabağda baş verənlərin qiymətləndirilməsi aparılır…. Görülə biləcək tədbirlərlə bağlı heç bir qərar yoxdur”, – Peter Stano deyib.
//Samir Qurbanov, Editor.az