“Avropa İttifaqı dövlətlərinin liderləri növbəti dəfə Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişəsi, eyni zamanda, Aİ-nin genişlənməsi və büdcə məsələlərini müzakirə ediblər”.
Bu sözləri Editor.az-a Aİ liderlərinin görüşü ilə bağlı şərh verərkən politoloq Anar Əliyev deyib.
Politoloq bildirib ki, görüş zamanı səsləndirilən fikirlər, Ukraynaya verilən dəstək, İsrail-Fələstin münaqişəsində beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə adekvat münasibətin göstərilməməsi Avropa dəyərlərinin siyasi maraqlara qurban verildiyi bir daha nümayiş etdirildi:
“Xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən Avropanın İsrailin Fələstinə qarşı aparıdığı müharibəyə haqq qazandırmaq cəhdləri ikilistandartın bariz nümunəsidir. Bu, qlobal təhlükəsizlik üçün zəmanət rolunu iddia edən Avropa institutlarının missiyalarına qətiyyən uyğun deyil. Hesab edirəm ki, İsrail-Fələstin münaqişəsi və Cənubi Qafqaz məsələlərinə qeyri-adekvat münasibət qəbuledilən və başadüşülən deyil. Xüsusilə Ukrayna və Moldova bağlı qəbul edilən qərarlar bir sıra dövlətlər üçün də perspektivlər formalaşdırır.
Biz Aİ ilə geniş siyasi-iqtisadi əlaqələrə sahibik. Zənnimcə bu münasibətləri davam etdirmək lazımdır”.
//Səbinə Hüseynli, Editor.az

