Aİ-nin İsrailə reaksiyası: “Bu, özünümüdafiə deyil”backend

Aİ-nin İsrailə reaksiyası: “Bu, özünümüdafiə deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Ali Nümayəndəsi Josep Borrell sosial media hesabında İsrail-Fələstin müharibəsi ilə bağlı açıqlama yayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsraillə bağlı bəzi məqamlara toxunub:

“Müharibənin ortasında İsrail hökumətinin daha çox qeyri-qanuni yaşayış məntəqələri tikmək üçün yeni vəsait ayırmağa hazırlaşdığını biləndə dəhşətə gəldim. Bu, özünümüdafiə deyil və İsraili daha təhlükəsiz etməyəcək. Məskunlaşmalar Beynəlxalq İnsan Haqlarının ciddi şəkildə pozulması və İsrailin ən böyük təhlükəsizlik problemidir”.

İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə 60 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin gecə və səhər tezdən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki evlərə basqın etdiyi bildirilib.

İsrail qüvvələrinin əksəriyyəti Hebron və Ramallahdan olan 60 nəfəri saxladığı qeyd olunub. Açıqlamada oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 3260-a yüksəldiyi qeyd edilib.

//Səbinə Hüseynli, Editor.az