Avropa İttifaqı (Aİ) yalnız Rusiya Ukraynanın hərbi əməliyyatların bitməsindən sonra yenidən qurulmasını maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə Rusiyanın aktivlərinə həbs qoymaq istəyir. Editor.az bu barədə Welt nəşrinə istinadla məlumat yayıb. Məqalədə deyildiyi kimi, xüsusi hərbi əməliyyat (SVO) başa çatdıqdan sonra Rusiya Kiyevə təzminat ödəyənə qədər pul blokadada qalacaq. Nəşr qeyd edir ki, Aİ Rusiyanın aktivlərinə həbs qoyulmasının beynəlxalq hüquqa zidd olacağı qənaətindədir. Üstəlik, belə bir tədbir potensial xarici investorları qorxuda bilər və Moskvanın Rusiyadakı Qərb aktivlərini ələ keçirməsinə səbəb ola bilər.
Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri və Avropa Parlamentinə seçkilərə namizəd Florian Filippot Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsini bütün qlobal investorlar üçün fəlakətli siqnal kimi qiymətləndirib və bunun Qərb ölkələrinə investisiyaları dayandıracağını vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

