Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi: Sanksiyalar siyahısında nələr və kimlər var?backend

Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi: Sanksiyalar siyahısında nələr və kimlər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketinə 106 fiziki və 88 hüquqi şəxs daxildir.

Editor.az bildirir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. Sanksiya siyahısına Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən 27 təşkilat əlavə edilib.

Bura Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tayland və Türkiyədə yerləşən müəssisələr daxildir. Avropa Komissiyasının açıqlamasına görə, yeni sanksiyalar paketinə Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam da salınıb. “Bu gün razılaşdırılmış yeni siyahılar ilk növbədə hərbi və müdafiə sektorları ilə əlaqəli şəxslərə, o cümlədən Şimali Koreyanın Rusiyaya silah tədarükü ilə məşğul olan şəxslərə, habelə məhkəmə orqanlarının nümayəndələrinə, yerli siyasətçilərə və ukraynalı uşaqların qeyri-qanuni deportasiyasına görə məsul şəxslərə yönəlib”, – bəyanatda deyilir. Aİ Şurasının açıqlamasına görə, məhdudlaşdırıcı tədbirlər indi 2 mindən çox fiziki və hüquqi şəxsə şamil edilib.

Aİ həmçinin xatırladır ki, sanksiyalar paketinə daxil olan şəxslər Aİ ərazisinə daxil ola və ya tranzit keçə bilməzlər. Onların aktivləri dondurula bilər. Bu gün, fevralın 23-də AK 2023-cü ildə Rusiya hərbi-sənaye kompleksinin sektorlarının artımı ilə bağlı məlumatları da yeniləyib. Sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ilə bağlı yenilənmiş bülletendə bildirilir ki, ötən il hərbi sənaye kompleksinin əsas sektorları 2021-ci illə müqayisədə 30-40% artıb.

Qeyd edək ki, 13-cü sanksiya paketinin tətbiqi fevralın 24-də, Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasının ikinci ildönümündə elan olunacağı güman edilirdi. ABŞ da həmin gün sanksiyalar tətbiq etməyi planlaşdırırdı. Lakin bu gün, fevralın 23-də ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo, məhdudiyyətlərin bir gün əvvəl tətbiq olunacağını və “500-dən çox hədəfə” təsir edəcəyini söyləyib.

//Samir Qurbanov, Editor.az