Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay uzadılacaqbackend

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay uzadılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda Aİ-yə üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 2014-cü ildə tətbiq edilmiş iqtisadi sanksiyaların müddətinin altı ay uzadılmasını təsdiqləyiblər.

Editor.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Qeyd olunub ki, sanksiyaların uzadılması ilə bağlı maddə ilkin müzakirə tələb etməyib və avtomatik qəbul edilib. 2014-cü ildə iqtisadi sanksiyaların altı ay müddətinə 2024-cü il yanvarın 31-dək uzadılması sonuncu dəfə 2023-cü ilin iyul ayının sonu olub.

Bundan əvvəl Reuters xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı növbəti 13-cü sanksiya paketini hazırlayır, bu paketə Rusiya Federasiyasından alüminium və LNG-nin tədarükünə məhdudiyyətlər daxil ola bilər. Eyni zamanda, Polşa və Baltikyanı ölkələr sanksiyalardan yayınmaya qarşı daha sərt tədbirlər, habelə aviasiya sənayesinə əlavə məhdudiyyətlər tətbiq etməyi təklif edirlər.

//Gülnarə Abasova, Editor.az