Aİ ölkələri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ikinci ildönümünə, fevralın 24-nə qədər Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Editor.az bu barədə Almaniyanın “Spiegel” qəzetinə istinadla xəbər verir.
Bildirilib ki, Aİ 200 nəfəri və şirkətləri siyahıya daxil etməklə sanksiyaları xeyli dərəcədə genişləndirməyi planlaşdırır.
Qeyd olunub ki, Avropa Komissiyası hazırlanmaqda olan 13-cü antiRusiya sanksiyalar paketinə Rusiyadan mal idxalına yeni qadağalar əlavə etmək niyyətində deyil.
//Gülnarə Abasova, Editor.az

