Aİ-nın Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək imkanları tükənib?- Financial Times yazırbackend

Aİ-nın Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək imkanları tükənib?- Financial Times yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nın Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək imkanları tükənib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Avropalı rəsmilərdən birinin fikirlərinə istinadən yazıb.

O, əlavə edib ki, əgər antiRusiya sanksiyaları uzadılacaqsa, bu, məhdudlaşdırıcı tədbirlərdən istisnaların sayının artmasına səbəb olacaq. Qəzetin yazdığına görə, Rusiya iqtisadiyyatının məhdudiyyətlərə məruz qalan sahələri bəzi Aİ üzvləri üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bu cür məhdudiyyətlərə qarşı veto hüququndan istifadə olunacaq.

Aİ-nin Katolik Pasxa bayramından sonra Rusiyaya qarşı 11-ci sanksiya paketini müzakirə edəcəyi daha əvvəl bildirilmişdi. Aprelin 19-da Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Qərb Ukraynadakı münaqişə bitənə qədər sanksiyaları ləğv etməyəcək. Rusiya Federasiyası Mərkəzi Bankı 2022-ci ildə Qərbin Rusiyaya qarşı sanksiyalarının ən kəskin dövrü olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az