Avropa Komissiyasının sədri Ursula von der Leyen Brüsseldə Avropa Müdafiə Agentliyinin forumunda deyib ki, Aİ-nin Ukrayna ilə bağlı öhdəliyi “möhkəm” qalmalıdır.
Editor.az bildirir ki, bu barədə “The Guardian” xəbər verir. “Ətrafımızdakı strateji vəziyyət əsaslı şəkildə dəyişib. Bu, Avropa üçün yeni növ məsuliyyət yaradır. Mən bunu strateji məsuliyyət adlandırıram. Bu, ilk növbədə, bu müharibədə Ukraynanı dəstəkləmək məsuliyyətidir”, – AK sədri bildirib.
O, qeyd edib ki, hazırda Ukrayna ilə bağlı öhdəlik sabit olmalıdır, baxmayaraq ki, bu, “asan olmayacaq”. “Rusiya indi öz mövqeyini gücləndirir. O, təşəbbüsü ələ almağa çalışır. Bu o deməkdir ki, döyüş meydanında vəziyyət çox ağır olaraq qalır. Amma bu, dəstəyə qarşı arqument deyil. Əksinə, daha çox dəstəyin lehinə olan arqumentdir ”, – deyə o, vurğulayıb. Von der Leyen xatırladıb ki, Rusiya Federasiyası Ukraynanın bütün işğal olunmuş ərazilərinə nəzarət etmir, çünki Ukrayna ordusu bəzi yerlərdən işğalçıları sıxışdırıb çıxarıb
//Samir Qurbanov, Editor.az

