Aİ ölkələri Kiyevə silah yardımı üçün Sülh Fondundan pul ayrılması ilə bağlı razılığa gəlməyibbackend

Aİ ölkələri Kiyevə silah yardımı üçün Sülh Fondundan pul ayrılması ilə bağlı razılığa gəlməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri Avropa Sülh Fondundan Kiyevə silah yardımı qarşısındakı maneənin aradan qaldırılması ilə bağlı razılığa gələ bilməyib.

Editor.az xəbər verir ki, Macarıstanın veto qərarını geri götürməkdən imtina etdiyi bildirilib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell mətbuat konfransında deyib: “Bu vəsaitlər bir ölkə tərəfindən bloklanmağa davam edir. Bu, Ukraynanın silah almasına mane olmur. Bu pul silahlarını Ukraynaya ötürən Aİ ölkələrinə getməlidir. Aİ ölkələri təhvil verdikləri silahlara görə təzminat almayacaqlar. Beləliklə, onların gələcəkdə bunu davam etdirmək üçün az motivasiyası olacaq”.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də Macarıstanın Aİ-yə üzv ölkələrin Ukraynaya silah tədarükü xərclərini Avropa Sülh Fondundan ödəməsinə mane olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az