Aİ ölkələri Rusiya diplomatlarını qovmağa davam edərsə, Rusiya…backend

Aİ ölkələri Rusiya diplomatlarını qovmağa davam edərsə, Rusiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb ölkələri rus diplomatlarını ölkədən çıxarmağa davam edərsə, onlarla diplomatik əlaqələrin kəsilməsi ehtimalı istisna edilmir.
Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. “Diplomatlarımızın Avropa İttifaqı ölkələrindən çıxarılması praktikası davam edərsə, yeri gəlmişkən belə bir potensial risk var, o zaman həmin ölkələrlə diplomatik münasibətlər pəncərəsi bağlanacaqdır”, – Peskov LCI telekanalına müsahibəsində belə deyib.
Xatırladaq ki, təkcə aprelin 5-də 200-dən çox rusiyalı diplomat Aİ ölkələrindən çıxarılıb. RİA Novosti-nin məlumatına görə, cəmi bir ay ərzində Rusiya diplomatik departamentlərinin 300-ə yaxın əməkdaşı ABŞ və Avropa ölkələrindən qovulub.