Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Məhdudiyyətlər Rusiyanın LNG-nin Aİ-yə daşınmasına və Rusiya neftinin nəqlinə təsir göstərməlidir.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin Belçika missiyasından bildiriblər: “Aİ səfirləri indicə güclü və əhəmiyyətli 14-cü sanksiyalar paketi barədə razılığa gəliblər… Bu paket yeni məqsədyönlü məhdudiyyətləri əhatə edir və boşluqları bağlamaqla mövcud sanksiyaların təsirini gücləndirir”, – nümayəndəlik X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. İyulun 19-da “EUobserver” yazıb ki, 14-cü sanksiyalar paketində Avropa İttifaqı Rusiyadan LNG tədarükünə, helium ixracına, Ukrayna sənət əsərlərinin ticarətinə və ikili istifadə texnologiyalarına çıxışa məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
Sanksiyaların 20 fiziki və 22 hüquqi şəxsə də şamil ediləcəyi gözlənilir. Onların arasında müğənni Polina Qaqarina, İnternetin İnkişafı İnstitutunun rəhbəri Aleksey Qoreslavski, həmçinin iş adamları İqor Altuşkin, Roman Trotsenko və Taymuraz Bolloyev var. “EUobserver”in məlumatına görə, Aİ ölkələri iyunun 27-nə planlaşdırılan Aİ sammitinə qədər yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırır.
Mənfi ssenaridə məhdudiyyətlər NOVATEK-in Yamal LNG zavodunun 11,8 milyon ton müqavilə öhdəliklərinə təsir göstərəcək.
//Samir Qurbanov, Editor.az