Aİ ölkələri Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: ordularını birləşdirirlərbackend

Aİ ölkələri Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: ordularını birləşdirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, Lambrext Aİ-nin iki ildir üzərində işlədiyi yeni təhlükəsizlik planlarını ehtiva edən “Strateji Kompas”la bağlı fikirlərini açıqlayıb.

“Almaniyanın 2025-ci ildə hərbi gücün əsas elementini təmin edə biləcəyini təklif edəcəyəm”, – nazir bildirib.

O, alman ordusunun Avropanın ən güclüsü ola biləcəyini deyib.

Aİ xarici işlər və müdafiə nazirləri bu gün Brüsseldə keçirəcəkləri görüşdə Ukraynadakı son hadisələri, Rusiyaya qarşı yeni sanksiyaları və “Strateji Kompas”ı müzakirə edəcəklər.

Aİ liderləri 23-24 mart tarixlərində keçiriləcək sammitdə “Strateji Kompas”ı təsdiqləyəcəklər.

“Strateji Kompas” Aİ-nin 2007-ci ildən bəri qurduğu, amma heç vaxt istifadə etmədiyi ordunu yenidən təşkil edilərək, sayını artırmağı və yeni birliklərin təşkilini nəzərdə tutur.

“Strateji Kompas” Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Avropa ölkələrinin Əfqanıstandan çıxarılması ilə başlayan mürəkkəb prosesdən sonra yenidən gündəmə gəlmişdi.