Aİ ölkələri Ukraynaya müdafiə sistemləri verməkdən niyə imtina edirlər?backend

Aİ ölkələri Ukraynaya müdafiə sistemləri verməkdən niyə imtina edirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Fransa malik olduqları ən qabaqcıl müdafiə sistemlərindən Ukraynaya vermək istəmir.

Editor.az xəbər verir ki, bu barədə aprelin 22-də “Le Monde” yazıb. Bir alman diplomat nəşrə bildirib ki, Aİ ölkələri arasında indiyədək əlində olan 12 “Patriot” sistemindən yalnız Almaniya ikisini tədarük edib və əmin edib ki, tezliklə üçüncüsü də təmin edəcək.

Almaniya kansleri Olaf Şolz Avropa müttəfiqlərini də eyni addımı atmağa çağırıb. Lakin digər ölkələr “ondan ayrılmaqdan imtina edirlər” –diplomat deyib. Aİ-yə üzv olan dörd ölkə “Patriot” sisteminə malikdir: Böyük Britaniya, İspaniya, Hollandiya və Polşa,- “Le Monde” yazır. Sonuncu Ukrayna və Belarusla yaxınlığına görə hava hücumundan müdafiə imkanlarını zəiflətmək istəmir. Məqalədə deyilir ki, Fransa da təzyiq altındadır. Keçən həftənin sonunda İtaliyanın Kapri şəhərində keçirilən G7 toplantısı zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fransalı həmkarı Stefan Sejournetdən Ukraynaya “Patriot”un Fransa-İtaliya ekvivalenti olan SAMP/T Mamba sistemini təqdim etməyi xahiş edib.

Qeyd olunur ki, Paris və Roma artıq hava hücumundan müdafiə vasitələrinin təchizatında böyük çətinliklərlə üzləşib. Fransız mənbə “Le Monde”ya deyib: “Biz həm Fransa administrasiyası daxilində, həm də italyan tərəfdaşımızla bunun üzərində işləyirik, lakin sürətli cavab gözləmək olmaz”.

//Samir Qurbanov, Editor.az