Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh müqaviləsi üzrə danışıqlara başlamağa çağırsalar da, o, bunu rədd edib.
Editor.az xəbər verir ki, bu bəyanatla Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko çıxış edib. O, deyib: “Ad çəkməyəcəm, amma Avropadan prezident və baş nazirlərdən ibarət bir dəstə prezident Zelenskinin yanına gələrək, “Masaya otur, masaya otur, sonra aydınlaşdıracağıq”deyiblər. Bundan başqa, hazırda təqaüddə olan tanınmış Qərb dövlət xadimlərinin də müraciətləri olub.
Xüsusilə Almaniyanın keçmiş kansleri Gerard Şröder və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer danışıqların bərpasının zəruriliyindən danışıblar”. Yuşşenkonun sözlərinə görə, əgər Zelenski bütün bu “məsləhətlərə” məhəl qoymayıbsa, deməli Kiyevin onun rəhbərliyi altında vəziyyətin diplomatik yolla nizamlanmasına razılıq verəcəyi ehtimalı çox azdır. Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov isə Rusiya ilə Ukrayna arasında danışıqların bərpa olunacaqsa, İstanbul danışıqlarından fərqli olaraq həmin danışıqların tamamilə fərqli şərtlərlə aparılacağını bildirib. Onun sözlərinə görə, Kiyev və Qərb dövlətlərinin bu istiqamətdə heç bir marağı görünmür.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın prezidentlər arasında danışıqlardan imtina etmədiyini bildirib. Lakin bunun üçün ən yüksək istiqamətda imzalanacaq yekun sənədin hazırlanması şərtdir.
//Samir,Editor.az

