ABŞ prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin ümumi milli məhsulunun (ÜDM) 5 faizini müdafiə büdcəsinə ayırmaq tələbini yerinə yetirmək üçün Avropa İttifaqının (Aİ) NATO üzvü olan ölkələrin hər il əlavə olaraq ən azı 500 milyard avro xərcləməli olacağı üzə çıxıb.
Editor.az xəbər verir ki, Avropa və NATO ölkələrinin milli statistika qurumlarının məlumatlarını araşdıraraq belə nəticəyə gəlib. Bildirilib ki, Aİ ölkələri ÜDM-nin 5 faizini müdafiə büdcəsinə ayırmaq üçün hər il əlavə olaraq ən azı 500 milyard avro xərcləməli olacaqlar. NATO üzvü olan Aİ ölkələrinin müdafiə xərcləri ötən ilin sonunda 335 milyard 800 milyon avroya çatıb.
2014-cü ildə qəbul edilmiş qərara əsasən, hər bir NATO ölkəsi ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləməli olduğu halda keçən il bu tələbi cəmi 14 ölkə yerinə yetirib. Belçika, İspaniya, İtaliya, Hollandiya və Xorvatiya da daxil olmaqla 9 ölkə hələ də hazırkı 2 faizlik hədəfi yerinə yetirə bilmir.
Qeyd edək ki, müdafiə xərclərinin artırılması son bir neçə ayda NATO-da tez-tez müzakirə olunan mövzu olub. Tramp martın əvvəlində deyib ki, ABŞ ədalətli müdafiə büdcəsi olmayan NATO ölkələrini müdafiə etməyəcək. ABŞ lideri digər alyansa üzv ölkələri müdafiə büdcələrini 5 faizə qədər artırmağa çağırıb.
//Gülnarə Abasova, Editor.az