Aİ qaçqınları qəbul etmək üçün Litvaya təxminən 10 milyon avro ayırıbbackend

Aİ qaçqınları qəbul etmək üçün Litvaya təxminən 10 milyon avro ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası qaçqınların qəbulu sistemini gücləndirmək üçün Litvaya təxminən 10 milyon avro ayırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, fondların məqsədi Aİ-nin xarici sərhədinin potensialını gücləndirmək və gələn qaçqınların qəbulu və yerləşdirilməsi üçün şəraitin təmin edilməsidir.

“Avropa Komissiyası qaçqınların qəbulu sistemini gücləndirmək üçün Litvaya 10 milyon avroya yaxın vəsait ayırıb”, – telekanal bildirib.

Nazirlikdən verilən məlumata görə, miqrasiya axınının potensial artımının öhdəsindən gəlmək üçün Kibartaydakı Əcnəbilərin Qeydiyyat Mərkəzinin yenidən qurulmasına əlavə investisiyalar yönəldiləcək. Bundan əvvəl yerli LRT telekanalında da xəbər verilmişdi ki, Litvanın baş naziri İnqrida Simonyte Belarus vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlərə icazə verib.

//Gülnarə Abasova, Editor.az