Aİ qapılarını Gürcüstanın üzünə bağlayırbackend

Aİ qapılarını Gürcüstanın üzünə bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı bəyan edib ki, Gürcüstan rəhbərliyi öz niyyətlərini açıq şəkildə bəyan etməlidir.

Tbilisidən hazırkı siyasi fəaliyyət kursunu dəyişməsi tələb olunur. Kommunikedə daha sonra qeyd edilir ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Aİ-nin qapıları ölkəyə bağlana bilər: “Avropa İttifaqı Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa və Gürcüstanın Aİ-yə gedən yolunu məhv edən və üzvlük prosesinin faktiki olaraq dayandırılmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə çağırır”, – AB bəyanatında deyilir.

Yada salaq ki, xarici agentlər haqqında qanun qəbul ediləndən bəri Avropa liderləri tərəfindən bir neçə dəfə belə bəyanatlar səsləndirilib.

//Samir Qurbanov, Editor.az