Aİ qeyri-qanuni miqrantların geri qayıtmasını sürətləndirmək istəyirbackend

Aİ qeyri-qanuni miqrantların geri qayıtmasını sürətləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Fransa və Belçikadakı hücumlardan sonra Aİ-də qalmaq üçün qanuni hüququ olmayan insanların ölkələrinə qayıtmasını sürətləndirməyi hədəfləyir.

Editor.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson daxili işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib. Yohansson bildirib ki, İsrail-Fələstin münaqişəsi davam edərkən nazirlər Fransanın Arras və Belçikanın Brüssel şəhərlərində baş verən hücumlar səbəbindən Aİ-ni “terror” təhlükəsindən uzaq tutmaq məsələsini müzakirə ediblər. O, AB-də qalmaq üçün qanuni haqqı olmayan üçüncü ölkə vətəndaşlarının geri göndərilməsinin vacib olduğunu vurğulayıb.

Yohansson repatriasiyanı tənzimləyən direktivin 2008-ci il tarixli olduğunu və qısa müddətdə onun yenidən nəzərdən keçirilməsi üçün işlərə başlanılacağını bildirib.

Son zamanlar İtaliya, Sloveniya və Almaniya kimi ölkələrin daxili sərhədlərdə nəzarəti artırması ilə bağlı sualı cavablandıran Yohansson, “Şengen bölgəsində bir çox problemimiz var. Daxili sərhəd nəzarəti də onlardan biridir”,- deyə bildirib.Yohansson komandasının bu mövzuda hesabat hazırladığını və qısa müddətdə üzv ölkələrə tövsiyələr verəcəyini bildirib. Yohansson qeyd edib ki, Türkiyə və Bolqarıstan Aİ-nin qeyri-qanuni miqrasiya ilə mübarizəsində çox yaxşı əməkdaşlıq edir.

//Gülnarə Abasova, Editor.az