Aİ rəsmisinin Bakı və İrəvana səfəri: “Görüşlərin intensivləşməsi…”-Millət vəkili ŞƏRH EDİRbackend

Aİ rəsmisinin Bakı və İrəvana səfəri: “Görüşlərin intensivləşməsi…”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Aİ-nın xüsusi nümayəndəsinin gəlişi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının daha çox maraqlı olduğunu göstərir”.

Bu barədə Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, son bir ayda Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda bir neçə dəfə keçirilən görüşlər çərçivəsində münasibətlərin normallaşdırılması ətrafında müzakirələr aparılıb:

“Bu gün sülh müqaviləsi ilə bağlı bir çox məsələlərdə mövqelərimiz yaxınlaşır. Qalan məsələlər də növbəti görüşlərdə öz həlini tapacaq. İyunda XİN rəhbərlərinin ABŞ-da və dövlət başçılarının Brüsseldə növbəti görüşləri gözlənilir. Görüşlərin intensivləşməsinin Ermənistanla münasibətlərin normallaşma prosesinə töhfə verdiyini hesab edirəm. Ermənistan konstruktiv mövqe nümayiş etdirərək görüşlərdə əldə olunmuş razılaşmaları icra edərsə, sülh müqaviləsinin imzalanması üçün problemli bir məsələ qalmaz”.

//Gülnarə Abasova, Editor.az