Aİ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsini təsdiqləyibbackend

Aİ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadəsini təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski X sosial şəbəkəsində məlumat verib. “Aİ-də biz Rusiya Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya kömək məqsədilə istifadəsini təsdiq etdik”, – o deyib.

Lipavski onların 90 faizinin Ukrayna Silahlı Qüvvələrinə (AFU) dəstək üçün gedəcəyini açıqlayıb. Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya münaqişənin vurduğu zərəri kompensasiya etməlidir.

Belçika Xarici İşlər Nazirliyi ötən gün Aİ-nin iyul ayına qədər Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qərar verəcəyini açıqlamışdı. Mayın 20-də ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Rusiyanın dondurulmuş aktivlərindən istifadə yollarının tapılması G7-yə üzv ölkələrin maliyyə nazirləri arasında görüşlərin əsas mövzusu olacaq.

//Gülnarə Abasova, Editor.az