Aİ Rusiya patriarxı Kirillə sanksiya tətbiq etməyə hazırlaşırbackend

Aİ Rusiya patriarxı Kirillə sanksiya tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edəcəyi iddia edilib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen dünən Rusiyadan neft ixracatını tamamilə qadağan edən sanksiyanın hazırlanacağını bəyan etdikdən sonra Rusiya Patriarxı Kirilin də aktivlərinin dondurulacağını və onun Aİ ölkələrinə səyahət etməsinin qadağan olunacağını bildirib. Patriarx Kirilin adı “Ukrayna işğalının tərəfdarı” olanların siyahısına salınıb.

Kirill Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən biri hesab edilir. O mart ayında etdiyi çıxışında qeyd etmişdi ki, Ukrayna liberal əcnəbilərin sırasına qoşulmağın günahının cəzasını çəkir.

Qeyd edək ki, Katolik kilsəsinin ruhani lideri Papa Fransisk Patriarx Kirili işğala dini baxımdan haqq qazandırmağa çalışmaqda ittiham edib.

//Nəzərbəy, Editor.az