Avropanın enerji komissarı Kadri Simson bildirib ki, Avropa İttifaqı (Aİ) Ukrayna ərazisindən tranzitlə verilən Rusiya təbii qazından imtina etməyə hazırlaşır.
Editor.az xəbər verir ki, o, Brüsseldə keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
“Aİ Ukraynadan nəql olunan Rusiya təbii qazı olmadan yaşamağa hazırdır”, – Simson bildirib. Aİ-yə Rusiya qazının idxalı hələ təsir edicidir, lakin onların həcmi 2021-ci ildəki 45%-dən 2023-cü ildə 15%-ə düşüb, Avropa komissarı bildirib.
//Gülnarə Abasova, Editor.az