Aİ Rusiyadan neft idxalını 90 faiz AZALDACAQ: 6-cı sanksiyalar paketinə nələr daxildir?backend

Aİ Rusiyadan neft idxalını 90 faiz AZALDACAQ: 6-cı sanksiyalar paketinə nələr daxildir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) liderləri ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaltmaq barədə razılığa gəliblər. Rusiyanın ən böyük banklarından biri olan Sberbank Ukraynanın işğalından sonra İttifaqın Rusiyaya qarşı elan etdiyi altıncı sanksiya paketi çərçivəsində beynəlxalq pul köçürmə sistemindən, SWIFT-dən çıxarılacaq. Rusiya dövlətinin nəzarətində olan televiziya kanallarından üçü qadağan ediləcək.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən Liderlər Zirvə toplantısından sonra mətbuat konfransında açıqlama veriblər.

Xatırladaq ki, Avropa neftə olan tələbatının təxminən 25 faizini və təbii qaza olan tələbatının təxminən 40 faizini Rusiyadan təmin edir.

Avropa İttifaqının bəzi üzvləri, xüsusən də Macarıstan Rusiyadan neft idxalına qadağa qoyulmasına qarşı çıxıb.

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının Rusiyadan xam neft tədarükünün 6 ay ərzində mərhələli şəkildə dayandırılması və ilin sonuna qədər emal olunmuş məhsulların tədarükünün dayandırılması təklifini onlarla məsləhətləşmədən hazırladığını bildirib. Aİ-nin altıncı sanksiya paketinə əsasən Macarıstan, Slovakiya və Çexiya hələlik neft idxalı qadağasından azaddır. Lakin bu ölkələrə nə qədər əlavə vaxt veriləcəyi bəlli deyil.

Aİ Liderləri Zirvə Toplantısından sonra verilən yekun bəyannamədə ittifaqın Rusiya və Belarusa təzyiqləri artırmaqda qərarlı olduğu qeyd edilib. Rusiyanın Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edilir. Kremldən Ukraynada mülki şəxslərə və infrastruktura hücumları dərhal dayandırmaq tələb olunub.

//Gülnarə Abasova, Editor.az