Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandıbackend

Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı 2030-cu ilə qədər Rusiyanın hücumuna hazır olmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə tarixdə ilk komissarı Andrius Kubilius DW-ə müsahibəsində bildirib.

Onun fikrincə, hazırda Aİ-nin qarşılaşdığı iki əsas çağırış var:

“Birincisi Rusiyanın aqressivliyi ilə bağlıdır. Ukraynada davam edən münaqişə buna sübutdur. İkinci çağırış isə Çinin hərbi gücünün artması nəticəsində ABŞ-nin Avropa qitəsindəki mövcudluğunu azaltma ehtimalıdır. Biz buna hazırlaşmalı, təhlükəsizlik məsuliyyətinin daha çox hissəsini öz üzərimizə götürməliyik”, – o bəyan edib.

Kubilius həmçinin qeyd edib ki, Aİ təxribatlara da cavab verməlidir:

“Baltik kabelləri, Almaniyanın dəmir yolları, infrastruktur obyektlərindəki diversiyalar – bütün bunlar hibrid müharibə aparmaq üçün xüsusi olaraq həyata keçirilir, lakin bu, NATO-nun 5-ci maddəsində (kollektiv müdafiə) nəzərdə tutulan səviyyəyə çatmır. Rusiyanın aqressiya təhlükəsi bütün ölkələr tərəfindən kifayət qədər dərindən anlaşılır”, – deyə Kubilius vurğulayıb.