Aİ: “Rusiyanın mülki şəxslərə hücumları müharibə cinayətidir”backend

Aİ: “Rusiyanın mülki şəxslərə hücumları müharibə cinayətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi (AB) Rusiyanın Ukraynanın bəzi şəhərlərinə səhər saatlarında həyata keçirdiyi hava hücumlarının mülki vətəndaşları hədəf aldığını, mülki şəxslərə qarşı hücumların müharibə cinayəti təşkil etdiyini və məsul şəxslərin məsuliyyətə cəlb ediləcəyini qeyd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Peter Stano bildirib.

Stano müharibə başlayandan bəri Rusiyanın, xüsusilə Ukraynanın cəbhəyə yaxın şəhər və qəsəbələrində mülki əhalini və mülki infrastrukturu hədəf aldığını bildirib.

“Rusiyanın mülki əhaliyə və mülki infrastruktura hücumları müharibə cinayətlərini təşkil edir. Hücumun əmrini verənlər, hücumları təşkil edənlər və onların işbirlikçiləri cəzasız qalmayacaqlar. Onların hamısı cavab verəcək”,- deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az