Aİ: “Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmasını gözləyirik”backend

Aİ: “Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmasını gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə yenidən qoşulmağa çağırıb.

Avropa İttifaqı Komissiyasının sözçülərindən Peter Stano prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü və Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı Aİ-nin gözləntiləri ilə bağlı sualı cavablandırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, AB olaraq gözləntilərinin Rusiyanın iyulun 17-də geri çəkildiyi razılaşmaya qayıtması və Ukrayna taxılının dünya bazarlarına ixracına mane olan hücumları dayandırması olduğunu bildirib.

“Rusiya Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün ən münasib marşrutun qarşısını kəsir. Bu, qəbuledilməzdir. Rusiya da hazırda liman infrastrukturlarına, taxılın Ukraynanı tərk etməsi üçün alternativ yollara hücum edir. Bu, Rusiyanın addımlarının çirkin tərəfini göstərir. Bunun qarşısını almaqla kifayətlənmir, həm də qazanc əldə edir. Moskva bir tərəfdən qlobal qiymətləri qaldırır, öz ixracatını artırır və külli miqdarda gəlir əldə edir. Aİ-nin Rusiyanın ixracına mane olması barədə bəyanatlar dezinformasiyadır”,- deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az