Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstək verdiyi bildirilən 1 600-dən çox şirkətə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Editor.az xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, yeni məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə iqtisadi, maliyyə və texnoloji dəstək göstərən şirkətləri əhatə edəcək. Sanksiya siyahısına daxil ediləcək müəssisələrin müxtəlif ölkələrdə fəaliyyət göstərdiyi bildirilir.
Qeyd olunur ki, bu təşəbbüs həyata keçiriləcəyi təqdirdə, Aİ-nin indiyədək qəbul etdiyi ən genişmiqyaslı sanksiya paketlərindən biri olacaq. Məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətmək və sanksiyalardan yayınma yollarını məhdudlaşdırmaqdır.
Yeni sanksiyalar paketinin Aİ-yə üzv ölkələr tərəfindən təsdiqlənəcəyi təqdirdə qüvvəyə minəcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az

