Aİ Rusiyaya kömək edən Çin şirkətlərinə sanksiya tətbiq etməyi təklif edirbackend

Aİ Rusiyaya kömək edən Çin şirkətlərinə sanksiya tətbiq etməyi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının məlumatına görə, Avropa İttifaqı Rusiyaya Ukraynaya hücumlar üçün dronların yaradılmasına kömək edən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Editor.az bu barədə Bloomberg-ə istinadən xəbər verir. Agentliyin məlumatına görə, əvvəllər ABŞ və Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şirkətlər məhdudiyyətlərə məruz qala bilər.

Həmçinin sanksiya siyahısına Aİ-nin məlumatına görə, Rusiya ordusuna qadağan olunmuş mikroelektronik komponentləri tədarük edən Honq-Konq şirkətini idarə edən Çin vətəndaşının da daxil edilməsi təklif edilir. Avropa Komissiyasının təklifi G7 ölkələrinin xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşü fonunda müzakirə olunur, burada Çin və Rusiyanı dəstəkləyən digər dövlətlərə qarşı analoji tədbirlər nəzərdən keçirilir. Sanksiyaların həyata keçirilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının razılığı tələb olunacaq.

//Gülnarə Abasova, Editor.az